AĞ YAĞIŞ

Qısa müddət ərzində yağan şiddətli yağış. A.y. ən çox yayın əvvəllərində yağır. A.y. yağan zaman qismən buludsuz göydənsaçan günəş şüaları onun dənələrini şəffaf göstərdiyi üçün, ona A.y. adı verilib.
AĞ GECƏLƏR
AĞ YEL
OBASTAN VİKİ
Ağ yağış
Yağış
Yağış, yağmur və ya yağıntı – buludlardan yer səthinə diametri 0,5 mm-dən çox olan su damlası şəklində düşən atmosfer yağıntısı. Kiçik diametrli (0,05 mm-ə qədər) damlalar çiskin adlanır. Tipik yağış damlalarının diametri 1–2 mm, ən irisi 6–7 mm olur. İntensivliyi adətən 1–3 mm/dəqiqə və daha çox olan yağış leysan adlanır. Yağışın intensivliyi fərqli ola bilər, yüngül çiskinlərdən güclü leysanlara qədər. Yağışdan sonra ortaya çıxan xoş torpaq qoxusuna petrikor deyilir. Yağış çirkləri və allergenləri yuyaraq havanı təmizləyir. Bir çox Yerli amerikan qəbilələri quraqlıq zamanı yağış ruhlarını çağırmaq məqsədilə ənənəvi rituallar keçirirlər. Dünyanın ən yağışlı yeri Hindistanda ildə orta hesabla 467,4 düym yağış alan Mavsinram (Mawsynram) kəndidir. Ən quraq yer isə Çilidəki Atakama səhrasıdır, burada bəzi ərazilərə yüz illərdir yağıntı düşmür.
Qanlı yağış
Yağış qurdu
Yağış qurdu— Həlqəvi qurdlar tipinin azqıllı hələvi qurdlar sinifinə aiddir. Yağış qurdu 15–30 sm uzunluqda olub, bədəni qurdvari formadadır. Rəngləri müxtəlifdir. Təbiətdə qonur-boz, qəhvəyi , qirmızımtıl rəngdə olurlar. Bel tərəfi nisbətən qabarıq, qarın hissəsi isə yastılaşmış formadadır. Bədəni həlqələrdən ibarət olub buğumluluq əmələ gətirmişdir. Buğumların sayı 140–180 olub, bütün bədən boyu yerləşmişdir. Buğumlar demək olar ki, hormonom olub, aydın şəkildə nəzərə çarpır. Yağış qurdunun bədəni xaricdən kitikula ilə örtülmüşdür. Kitikula nazik olub, onun alt hissəsində birqatlı silindrşəkilli epiteli yerləşmişdir.
Ağ – rənglərdən biri. Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir. İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir.
Amazon yağış meşələri
Amazon yağış meşələri — nəm tropik həmişəyaşıl geniş yarpaqlı meşələrin geniş bir bölgəsi — demək olar ki, Amazon hövzəsini əhatə edən geniş, düz, düzənlikdə yerləşən dünyanın ən böyük tropik meşəsi. Meşənin özü 5.5 milyon kvadrat kilometr ərazini tutur — planetdəki qalan tropik meşələrin ümumi sahəsinin yarısı. Doqquz ştatın ərazisini əhatə edir: (Braziliya, Peru, Kolumbiya, Venesuela, Ekvador, Boliviya, Qayana, Surinam, Fransa Qvianası).Amazon meşələrində meşələrin qırılmasının əsas mənbələri insanların məskunlaşması və torpaqların genişləndirilməsidir. 2018-ci ilə qədər Amazon tropik meşələrinin təxminən 17%-i artıq məhv edilib. Alimlər göstərir ki, məhv edilmiş ərazi 20-25%-ə çatdıqda şərq, cənub və mərkəzi Amazon meşələrinin qeyri-meşə ekosistemlərinə və deqradasiyaya uğramış savannalara çevrilməsi üçün kritik həddə çatacaq. 1991-2000-ci illər arasında Amazonda itirilmiş ümumi meşə sahəsi 415.000 km²-dən 587.000 km²-ə qədər artdı və itirilmiş meşənin çox hissəsi mal-qara üçün otlaq sahəsinə (rançoya) çevrildi. Amazonda əvvəllər meşə ilə örtülmüş torpaqların 70 faizi və 1970-ci ildən bəri meşələri qırılmış ərazilərin 91 faizi heyvandarlıq otlaqları üçün istifadə edilmişdir. Ətraf mühit müdafiəçiləri Braziliya prezidenti Jair Bolsonaro-nu qeyri-qanuni ağac kəsənləri, mədənçiləri və torpaq möhtəkirlərini regionun iqtisadi inkişafı naminə meşələri təmizləməyə təşviq etməkdə məsuliyyət daşıyırlar. Bolsonaro, digər tərəfdən, bölgəni yoxsulluqdan çıxarmaq üçün qorunan ehtiyatlarda mədənçilik və əkinçiliyin təşviq edilməsini müdafiə edir. Cənubi Amerikanın tropik meşələri (Selva) ən böyük biomüxtəlifliyə malikdir.
Azərbaycan yağış ayinləri
Azərbaycan yağış ayinləri — yağış yağdırmaq və ya yağışı dayandırmaq üçün istifadə olunur. Azərbaycan inanclarında yeddi daşı ortasından dəlib və ipə düzüb ananın ilk qızına verərlər. Qız onu suya atıb ipin ucunu ağaca bağlayır. Digər bir üsulda əfsunlanmış su göyə atılar və aşağıdakılar deyilər: Yada və ya ada daşından istifadə edilərək də yağış yağdırıla bilər. Yada Yağış yağdıran tanrıdır. Öz adı ilə adlandırılan səma daşını yerə endirmiş və ya onu yerdə himayə etmişdir. Gənclər bir çömçəni götürərək ev-ev dolaşıb su toplayar və suyu bir ağacın altında tökərlər. Çömçəni də həmin ağacdan asarlar. Su yığanda bunu deyərlər: Hekayələrdən birinə görə, Çömçəxatun quraqlıq zamanı bir təpənin başına çıxaraq Allahdan yağış istəyir. Allah yağış yağdırdıqdan sonra təpəni tərk etməyərək çox islanır və yamyaşıl bir ağaca çevrilir.
Bayramda Yağış (1985)
Bayramda yağış qısametrajlı bədii filmi rejissor Cəmil Quliyev tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. "Debüt" Studiyasında istehsal edilmişdir. Kinolent "kiçik" adamın həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir. Əsas rolları Arif Qasımov, Həmidə Ömərova və Tələt Rəhmanov ifa edirlər. == Məzmun == Kinolent "kiçik" adamın (Arif Qasımov) həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film quruluşçu rejissor Cəmil Quliyevin diplom işidir.
Yağış (teleserial, 2018)
Jannik Tai Mosholt, Esben Toft Jacobsen və Christian Potalivo tərəfindən yaradılmış Danimarka post-apokaliptik dramıdır. 4 may 2018-ci ildə Netflix-də premyerası oldu. Serialda Lars Simonsen, Bertil De Lorenhmad, Evin Əhməd və Yohannes Bah Kuhnke tərəfindən təkrarlanan rollarla Alba August, Lucas Lynggaard Tønnesen, Mikkel Følsgaard, Lukas Løkken, Jessica Dinnage, Sonny Lindberg və Angela Bundalovic çəkilir. Son ikisi ikinci mövsümdə əsas personajlara çevrilir. İki danimarkalı qardaş Simone və Rasmus bunkerdə gizlənərkən yağışın daşıdığı virus Skandinaviyada demək olar ki, bütün insanları məhv etməyə başlayır.
Yağış Damcısı usta
Yağış Damcısı usta — Avstraliya, Yeni Zelandiya və Sinqapur kompaniyalarnan yaradılmış və ilk dəfə Avstraliyanın Seven Network televiziya kanalında 15 mart 2008-ci ildən 14 fevral 2009-cu ilə qədər yayımlanmış cizgi televiziya proqramıdır. Ümumilikdə 24 dəqiqəlik 26 seriya buraxılıb. Serial beş elementdən ikisinin, Yun usta ilə Çitaido qədim döyüş sənətini öyrənən Yağış Damcısının (su) və Şao Yenin (ağac) təcəssümü ilə başlayır. Lakin Tazonleg dövlətinin hökmdarı general Bu, Flamo, od elmenti, könüllü olaraq ona qoşulduqdan sonra digər dörd elementi zəbt etmək arzusunu reallaşdırmaq üçün Yunu əsir alaraq dünya nizamını pozur. General Bu bunu elementlərin birləşməsinə və onu məğlub etməsinə mane olmaq üçün edir. Usta Yağış Damcısı və Şao Yen tezliklə iki digər elementlə birləşir: Cin Hou, metal elementi (antropomorfik qızıl meymun) və Niva, torpaq elementi (gildən hazırlanmış görünən insanabənzər qız). Onlar birlikdə Usta Yunu xilas etməyə və qızıl əjdahanın məğlub olduğu yerə gedib gücünü bərpa etməyə çalışırlar. Coş Anderson Yağış Damcısı usta rolunda Ceyn U'Brayen Cin Hou, Qırmızı oğlan və digər müxtəlif personajlar kimi rolunda Reyçel King Niva rolunda Sara Obri Şao Yen rolunda Coş Kvon Tart Flamo rolunda Devid Frensis Grab rolunda Brayan Migan General Bu rolunda Cizgi serialı Big Communications, Flux Animation Studio, Flying Bark Productions, Media Development Authority və Southern Star Entertainment tərəfindən hazırlanıb. Həmçinin şəxsən Brent Çembers, Vinsent Lim, Ceff Uotson və Yasmin MakKonvill. Rejissorlar: Syusan Oliver, Stiv Kuper və Kevin Uotton.
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür. İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib. Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar.
Bayramda yağış (film, 1985)
Bayramda yağış qısametrajlı bədii filmi rejissor Cəmil Quliyev tərəfindən 1985-ci ildə ekranlaşdırılmışdır. "Debüt" Studiyasında istehsal edilmişdir. Kinolent "kiçik" adamın həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir. Əsas rolları Arif Qasımov, Həmidə Ömərova və Tələt Rəhmanov ifa edirlər. == Məzmun == Kinolent "kiçik" adamın (Arif Qasımov) həyatından, onun tənhalığından, cəmiyyətdən uzaq düşməsindən bəhs edir. == Film haqqında == Film yazıçı Natiq Rəsulzadənin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır. Film quruluşçu rejissor Cəmil Quliyevin diplom işidir.
Uzaqdan gələn yağış (roman)
Uzaqdan gələn yağış — Varisin romanı. Yazıçı Varisin "Uzaqdan gələn yağış" romanı müxtəlif dövrlərdə yaşamış gənclərin nakam məhəbbətindən bəhs edir. İmkanlı bir ailənin gözünün ağı-qarası olan 11-ci sinif şagirdi Ayla təsadüfən metroda unudulmuş bir şeir dəftəri tapır. Şeirlər o qədər xoşuna gəlir ki, gedib onların müəllifi ilə - kənddən Bakıya güzəran qurmağa gəlmiş İsmayıl adlı, şair təbiətli kasıb gənclə tanış olur. Amma bu adi tanışlıq çılğın bir sevgi macərasına çevrilir, sonradan onların üzləşdiyi müsibət isə hər kəsi sarsıdır. Ən sevimli şagirdi olan Aylanın başına gələnlər Rəhilə xanımı daha çox dəhşətə gətirir. O, Ayla ilə İsmayılın taleyində bütün sevən gənclərin taleyinə təhlükə duyur. Rəhilə xanım zahirən xoşbəxt qadındır. Gözəl ailəsi, uşaqları, yaxşı işi var, çalışdığı məktəbdə hamı tərəfindən sevilir. Amma bu qadının heç kimlə bölüşmədiyi, içində ağır yük kimi gəzdirdiyi bir dərdi var - o, uğursuz ilk məhəbbətini hələ də unuda bilmir.
Yağış adamı (film, 1988)
"Yağış adam" — rejissor Barri Levinsonun filmi. 1989-cu ildə 4 kateqoriya üzrə Oskar, "Qızıl qlobus" və Berlin kinofestivalının "Qızıl ayı" mükafatlarına layiq görülmüşdür. Baş rollarda Tom Kruz ve Dastin Hoffman iştirak edir. Film savantizmdən əziyyət çəkən Reymond və onun qardaşı Çarlz Bebbit haqdadır. Filmin distribütoru "United Artists" kompaniyasıdır.
Yağış adam (film, 1988)
"Yağış adam" — rejissor Barri Levinsonun filmi. 1989-cu ildə 4 kateqoriya üzrə Oskar, "Qızıl qlobus" və Berlin kinofestivalının "Qızıl ayı" mükafatlarına layiq görülmüşdür. Baş rollarda Tom Kruz ve Dastin Hoffman iştirak edir. Film savantizmdən əziyyət çəkən Reymond və onun qardaşı Çarlz Bebbit haqdadır. Filmin distribütoru "United Artists" kompaniyasıdır.
Al qırmızı yağış (film)
Al qırmızı yağış — rejissor Albert Maqnolinin 1984-cü ildə çəkdiyi film. Əsas rolları Prins, Apollonia Kotero, Morris Dey və Olqa Karlatos ifa edirlər. Filmin süjet xətti məşhur müğənni Prinsin tərcümeyi-halı ətrafında qurulub.
Ağ maddə
Narkotik (və ya "Ağ ölüm") yunan "narke" sözündən götürülüb, yunan dilindən tərcümədə "yuxu" deməkdir. Narkotik maddələr ilk öncə tibbdə istifadə olunmağa başlamışdır. Bu elə bir maddədir ki, insanın düşüncəsinə təsir edir və müəyyən mənada beyni tənzimləyir. Bu tənzimləmə hər cür psixoloji və fiziki defektlərlə nəticələnə bilər. Bu o deməkdir ki, narkotik maddələr hisləri, əhval-ruhiyyəni, düşüncəni dəyişməyə qadirdir. Narkotik bitkilər (yun. narke – donub qalma, quruyub qalma, mat qalma) – tərkibində mərkəzi sinir sistemini qıcıqlandıran, tədricən onun fəaliyyətini zəiflədici maddə olan bitkilər. Bir sıra Narkotik bitkilərdən tibdə ağrıkəsən dərman kimi istifadə edilir. Narkotik bitkilərdə təsiredici maddə alkoloidlərdir; Narkotik bitkilərdən alınan preparatlardan çox istifadə etdikdə narkomaniya baş verir. Narkotik bitkilərin əksəriyyəti ali bitkilərə aiddir.
Ağ Partiya
Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya. 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır. Partiya 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə dövlət qeydiyyatına alınmışdır. Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Ağ Partiya üzvlərinin 80%-i kişi, 20%-i isə qadın olmuşdur. Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir.
Ağ kərkəs
Ağ kərkəs (lat. Neophron) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Ağ mələk
Ağ mələk — Serb və pravoslav sənətinin şah əsərlərindən biri olan Serb Pravoslav Mileşev Monastırının Yüksəliş Kilsəsi freskası. Ağ mələk təsviri 13-cü əsrə aiddir və Paleologian İntibah dövrünə aiddir. 20-ci əsrdə bərpa işləri zamanı çıxarılan bu təsvirin üzərinə XVI əsrdə yeni təsvir çəkilmişdir. Freska kilsənin cənub tərəfində yerləşir. Ağ tunika geyinmiş bir mələk daşın üstündə oturur və əli ilə Məsihin boş məzarı başında qadınlara işarə edir.
Ağ quyruqsallayan
Ağ quyruqsallayan (lat. Motacilla alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin quyruqsallayanlar fəsiləsinin quyruqsallayan cinsinə aid heyvan növü. Ağ quyruqsallayanların bədən uzunluğu 16–19 sm təşkil edir. Onlar üçün uzun quyruq xarakterikdir. Onların bədənlərinin üst hissəsi boz, aşağı hissəsi isə ağ rəngdə olması ilə seçilir. Başları ağ, boğaz nahiyəsi isə qara rəngdə olur. Ümumi çəkiləri cəmi 20–23 q təşkil edir. Adları quyruqlarının hərəkətinə əsasən verilmişdir. Qidalanmasının əsasını həşəratlar təşkil edir. Xüsusi ilə ikiqanadlılar dəstəsinə aid olan ağcaqanadlar və milçəklər üstünlük təşkil edir.
Ağ saksaul
Ağ saksaul (lat. Haloxylon persicum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin saksaul cinsinə aid bitki növü. 1,5 - 2,5 m, bəzən isə 5 m-ə qədər hündürlükdə olan, qumluq səhralarda bitən kol bitkisidir. Yarpaqları çoxda böyük olmayan pulcuqşəkillidir. Yem kimi yaşıl gövdələri istifadə olunur. İllərdir dəvələrin ən yaxşı, bəzən isə yeganə qidasıdır. Dəvələr saksaul kolunu 3 m-ə hündürlüyə qədər yeyə bilirlər və bir koldan 12 kq-a qədər yem kütləsi əldə edirlər. Qoyunlar isə yerə düşmüş quru yarpaq və budaqlarla qidalanırlar (bir koldan 1 kq-a qədər yem).
Ağ vağ
Ağ vağ (lat. Egretta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin vağlar fəsiləsinə aid heyvan cinsi.
Ağ-təpə
Ağ-təpə yaşayış yeri — Ağdam rayonunun Çəmənli kəndindən 3 km şərqdə, Sarıcalıtayı abidəsindən 800 m cənubda təbii təpə üzərində yerləşir. Planda uzunsov-oval formalı olub şimal-cənub oxu boyu uzunu 250 m, eni 150 m-dir. Təpənin hündür yeri şimalda 7–8 m-ə çatır. Burada təpə kəsilərkən "dərin qobu ilə sərhədlənir". Qobunun dibi ilə "Bino" kəhrizinin suyu axır. Dərin qobu Ağ təpənin şərqindən keçərək cənub-şərq istiqamətində uzanır və düzənliyə çıxır. Cənubda təpənin hündürlüyü xeyli azalır və 4–5 m-ə çatır. Göy-təpə və Sarıcalıtayı yaşayış məskənlərində olduğu kimi Ağtəpə şərq-qərb istiqamətli çökəklə iki yerə ayrılır. Yaşayış məskənlərində müşahidə olunan bu topoqrafik xüsusiyyət yalnız stasionar qazıntı işləri nəticəsində aydınlaşdırıla bilər. İlk tunc dövrü keramikası Kür-Araz mədəniyyətinin müxtəlif mərhələlərini (ilk və inkişaf etmiş) əks etdirir.
Ağ dünya
Ağ dünya tammetrajlı bədii televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film "Sabah" Eksperimental Yaradıcılıq Birliyi-Sınaq Studiyasında istehsal edilmişdir. Psixoloji dramın mərkəzində dəli Səməd dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır. Filmdə əsas rolları Şahmar Qəribli, Muxtar Maniyev, Sədaqət Nuriyeva, Məzahir Süleymanov, Bahar Abdullayeva, Almaz Amanova və Kazım Abdullayev ifa edirlər. Psixoloji dramın mərkəzində dəli Səməd (Şahmar Qəribli) dayanır. Lakin adı dəli Səməd olsa da bəzi ağıllılardan daha ədalətli, daha vicdanlı və daha ağıllıdır. Film üç hekayənin birləşməsi əsasında ekranlaşdırıldığı üçün burada üç ayrı ailənin bədbəxtliklərindən söhbət açılır: Qardaşı (Kazım Abdullayev) tərəfindən işgəncəyə məruz qalan Səməd, simicliyindən arvadını (Bahar Abdullayeva) çərlədən Kərbəlayi Eyvaz (Məzahir Süleymanov) və dilinin sərtliyi ucbatından əri (Muxtar Maniyev) tərəfindən döyülən Züleyxa (Sədaqət Nuriyeva) filmin əsas personajlarıdır. Bu hadisələrin hamısına biz dəli Səmədin gözü ilə baxırıq.